CƏMİYYƏT


Bayram günlərində hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda iyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 29-33° isti olacaq.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil və Şıxda 24-25° isti təşkil edəcək.

İyulun 6-da və 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 17-22° isti, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17° isti, gündüz 19-24° isti olacaq.

Qazax ,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24° isti, gündüz 29-34° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 16-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir leysan yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.