CƏMİYYƏT


Bayram münasibətilə keçirilən aksiyada 2300-dən çox vətəndaş müayinə olunub

Bakı, 19 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən ikigünlük aksiya başa çatıb. Aksiya müddətində 2300-dən çox vətəndaş pulsuz tibbi müayinə olunub.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar kardioloq, nevropatoloq, terapevt, oftalmoloq və başqa həkimlərdən ixtisaslı tibbi yardım alıb, ultrasəs, elektrokardioqrafiya, exokardioqrafiya və s. müayinələrdən keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.