CƏMİYYƏT


Bayramqabağı kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlanıb

Bakı, 19 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə dekabrın 24-dən 31-dək fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunur:

Bakı şəhəri üzrə:

Xətai rayonu:

- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, Məktəbin arxası;

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;

Binəqədi rayonu:

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon;

- köhnə avtovağzalın yanı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.