CƏMİYYƏT


Bazar günü üçün hava proqnozu

A+ A

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.