İDMAN


Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Azərbaycan Gimnastika Federasiyasına səfər ediblər

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbələri Azərbaycan Gimnastika Federasiyasına (AGF) səfər ediblər.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı tələbələrə federasiya, milli komandamız, yerli və beynəlxalq yarışlar, eləcə də gimnastika növləri haqqında ətraflı məlumat verilib. AGF-in nümayəndələri ötən il Bakıda keçirilən “Bakı-2015” birinci Avropa Oyunları zamanı arenada təşkil olunan yarışlar barədə təqdimatla çıxış ediblər.

Tələbələrin dünyagörüşlərini artırmaq və idmanı yalnız güc yox, həm də mədəniyyət növü kimi təbliğ edən Akademiya Azərbaycanda fəaliyyət göstərən bir sıra federasiyalarla fəal əməkdaşlıq apararaq, tələbələr üçün maraqlı səfərlər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.