CƏMİYYƏT


Bədii ədəbiyyatın mütaliəsi insanı daha duyğulu edir

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Bədii ədəbiyyat insan şəxsiyyətinin incə cəhətlərini inkişaf etdirir. Bu cür kitablar empatiyaya, yəni mərhəmət hissinin güclənməsinə təsir edir.

AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, Toronto Universitetinin bir qrup psixoloqu təxəyyül və fantaziyanın gücünü unutmamağı məsləhət görür. Uydurma hekayələr və təxəyyülün məhsulu olan müxtəlif süjetlər qurmaq bacarığı fərdi inkişaf üçün çox vacibdir. Araşdırmalar sübut edir ki, fantaziyanın işə salınması ilə insanın hippokampı aktivləşir. Axı beynin bu zonası yaddaş və öyrənməyə cavabdehdir.

Qeyd edək ki, asudə vaxtın digər fəaliyyət növlərinin - fotolara, filmlərə baxmağın, süjetli oyunlar oynamağın da oxşar effekti var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.