İDMAN


Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

Bakı, 12 iyul, AZƏRTAC 

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı “Challenge” seriyasına aid dünya kuboku başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, qeyd olunan turnir gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub.

Yarışda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top/2 iplə çıxışları onlara bürünc medal qazandırıb. İlk iki pillədə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı halqalarla olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq 5-ci yerlə kifayətləniblər. Çoxnövçülükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar.

Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən, lentlə final çıxışında 8-ci, çoxnövçülükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövçülükdə 14-cü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.