DÜNYA


Bəhram Qasemi: İranın hökuməti dəyişsə də, onun siyasi kursu dəyişməyəcək

Tehran, 15 may, AZƏRTAC

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi mayın 15-də keçirdiyi həftəlik mətbuat konfransında maraqlı açıqlama verib.

B.Qasemi bəyan edib ki, İranın xarici siyasət kursu bəllidir. Hökumətlər dəyişsə də, bu siyasi kurs dəyişməz olaraq qalacaq. İranın xarici siyasət kursu bütün qonşuları ilə əlaqələri genişləndirməkdən, bölgədəki gərginliyi azaltmaqdan ibarətdir. İranın əsas məqsədi bölgədəki terror qruplaşmalarının kökünü kəsməkdir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.