REGİONLAR


Bəhruz Kəngərli adına Rəssamlar Parkında konsert təşkil edilib

A+ A

Naxçıvan, 24 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti Zeynalabdin Babayev, baletmeyster Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovdur.

Ansamblın solistləri Hüseyn Qasımov, Samiddin Vəliyev, Cəfər Tağıyev, Namiq Vəliyev və Qəribə Həsənovanın ifalarında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar mahnıları səslənib. Solistlərin ifasında səslənən xalq mahnılarından “Süsən sünbül”, “Ana yurdum”, bəstəkar mahnılarından “Bəyənmir məni”, “Sənin eşqin”, “Söylə”, “Bəs nə deyim”, “Yolunu gözləyirəm”, “Enməyə qoymaram”, “Söz olmasaydı”, “Hələ nəğməm var mənim” və başqa mahnılar alqışlarla qarşılanıb.

Kollektivin üzvlərindən rəqqasə Zəlihə Hüseynquliyevanın “Qavalla rəqs”, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Abbasovanın “Sarı gəlin” rəqsi, rəqs qrupunun “Naz eləmə” rəqsləri də tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova və Hünər Əliyevin ifalarında səslənən xalq mahnıları kollektivin repertuar zənginliyini göstərirdi.

Bu il istifadəyə verilən Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında ilk dəfə təşkil olunan konsert proqramı iki saat davam edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.