İDMAN
Bəhruz Rzayev “Çeşmə Open” turnirində liderindən yarım xal geri qalıb
Bakı, 28 iyun, AZƏRTAC
Türkiyənin Çeşmə kurort şəhərində “Çeşmə Open” 4-cü beynəlxalq şahmat turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, “A” turnirinin qalibi 9 xaldan 7,5 xal toplayan Ukrayna qrossmeysteri Vladimir Baklan olub. Türk şahmatçıları Mustafa Yılmaz və Betül Cemre Yıldız də eyni miqdarda xalı toplayıblar. Azərbaycanlı beynəlxalq usta Bəhruz Rzayev və ukraynalı Yuri Vovk onlardan yarım xal geri qalıblar.
Azərbaycan təmsilçiləri Müşfiq Əsgərov 6,5 xalla 9-cu, beynəlxalq usta Ülvi Sadıxov 6 xalla 14-cü, FİDE ustası Murad Nuri 5,5 xalla 30-cu və Azər Abdullayev 5 xalla 43-cü yeri tutub.
Xatırladaq ki, 4-cü “A” turnirində 135 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]