MƏDƏNİYYƏT
Bəkir Çobanzadə adına mükafat uğrunda növbəti müsabiqə elan edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Bəkir Çobanzadə adına Xeyriyyə Fondunun idarə heyəti eyniadlı beynəlxalq mükafat uğrunda 2016-2017-ci illər üçün müsabiqə elan edib.
AZƏRTAC fondun saytına istinadla xəbər verir ki, müsabiqə bir neçə il ərzində ədəbiyyatçılar arasında nüfuz qazanaraq beynəlxalq status əldə edib. Müsabiqə iştirakçıları sırasında təkcə Krımdan deyil, həm də Asiya, Avropa və Amerikadan yazıçılar, alimlər, mədəniyyət xadimləri olub. İndiyədək dünyanın müxtəlif ölkələrindən 38 nümayəndə müsabiqənin laureatı adına layiq görülüb.
Bəkir Çobanzadə adına beynəlxalq mükafata maraq ildən-ilə artır. Səlahiyyətli münsiflər heyəti tərəfindən Krımda ədəbiyyat, dilçilik, ədəbiyyatşünaslıq, folklor, tarix, etnoqrafiya, incəsənət və digər mövzulara dair işlər qəbul edilir. Mükafatın təsis edilməsinin başlıca ideyası Krım-tatar dili və ədəbiyyatının inkişafına kömək edən əsərlərin təşviq edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]