İQTİSADİYYAT


“Belaqrozdravnitsa” ASC Bakıda öz imkanlarının təqdimatını keçirib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Belarus Respublikasının Azərbaycandakı səfirliyində Belarus-Azərbaycan turizm forumu keçirilib.

AZƏRTAC səfirliyin saytına istinadla bildirir ki, “Belaqrozdravnitsa” ASC sisteminə daxil olan sanatoriyaların rəhbərləri forum çərçivəsində azərbaycanlı qonaqların bu sanatoriyalara qəbulu və onların müalicəsi sahəsində öz imkanlarının təqdimatını keçiriblər.

Azərbaycanın ən iri turizm firmalarının foruma dəvət edilmiş nümayəndələri Belarusun aparıcı sanatoriyalarının müalicə-sağlamlıq potensialı ilə tanış olublar.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın tənzimlənməsi və inkişaf etdirilməsi şərtləri və bu sahədə praktiki addımlar barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.