İDMAN


Belarus Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi ilə həmrəydir

A+ A

Minsk, 21 oktyabr, AZƏRTAC

Belarus Patrik Hikkinin hər hansı qanun pozuntusunda təqsiri ilə bağlı sübutun olmaması barədə mövqeyi bölüşür. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarusun Prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitələri (AOK) Baş Assambleyasının 45-ci iclasında çıxışında bəyan edib.

A.Lukaşenko deyib: “Təəssüf ki, yaxın dostumuz – Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki bu salonda yoxdur. Bu məsələ ilə bağlı vurğulayım ki, Belarus hər hansı qanun pozuntusunda onun təqsiri ilə bağlı sübutun olmaması barədə AOK İcraiyyə Komitəsinin mövqeyini bölüşür. Zənnimcə, bizim dəstəyimizi və həmrəyliyimizi hiss etmək indi onun üçün vacibdir”.

AOK-un prezidenti vəzifəsini 2006-cı ildən tutan 71 yaşlı Patrik Hikki biletlərin möhtəkirlərin əli ilə baha qiymətə satılmasında əli olmaqda şübhəli bilinir. P.Hikki Rio-de-Janeyro Olimpiya Oyunları zamanı əlində qeyri-leqal 800 bilet olan adamlar polis tərəfindən tutulduqdan sonra həbs olunub.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.