SİYASƏT


Belarus MSK-nın nümayəndələri Azərbaycanda keçiriləcək referendumu müşahidə edəcəklər

Minsk, 24 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Azərbaycanda keçiriləcək referendumun müşahidəsində iştirak edəcəklər. Bu barədə məlumat Belarus MSK-nın saytında yerləşdirilib.

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsini Belarus MSK-nın sədri Lidiya Yermoşina və komissiyanın üzvü Marina Rəhmanova izləyəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.