DÜNYA
Belarus MSK-nın sədri AŞPA-nın mass-media ilə bağlı konfransında iştirak edəcək
Minsk, 28 iyun, AZƏRTAC
AZƏRTAC “BELTA” agentliyinə istinadla xəbər verir ki, Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyulun 4-də Berlində keçiriləcək konfransında iştirak edəcək. Belarus MSK-nın katibi Nikolay Lozovik “KİV-lərin azadlığı demokratik seçkilərin təməl daşı kimi” konfransının gündəliyindəki məsələlər haqqında açıqlama verib: “Tədbirin gedişində KİV-lərin seçkilərin işıqlandırılmasına dair fəaliyyəti, jurnalist etikası və medianın müstəqilliyi məsələləri, seçkilərdə KİV-lərin azadlığının təmin olunması sahəsində parlamentlərin rolu müzakirə ediləcək”.
Konfransa “Şərq tərəfdaşlığı” təşəbbüsü ölkələrinin, Almaniyanın parlamentariləri, AŞPA-nın, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) və müxtəlif ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, habelə jurnalistlər dəvət olunublar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]