Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən, açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin etibarlı təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin