Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Hörmətli Aleksandr Qriqoryeviç,

Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa və əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın və çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 oktyabr 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin