İDMAN


Belarus–San-Marino oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Bakı, 5 iyun, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus–San-Marino oyununun baş hakimi Ömər Paşayev olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, Belarus–San-Marino oyunu iyunun 7-də Minskdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.