İDMAN


Belarus millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Bakı, 7 noyabr, AZƏRTAC

Futbol üzrə Belarus milli komandası baş məşqçisiz qalıb.

AZƏRTAC xəbər verir ki, yığmanın çalışdırıcısı Aleksandr Xatskeviç vəzifəsindən kənarlaşdırılıb.

Buna millinin uğursuz nəticələri səbəb olub. Məlum olub ki, Belarus Futbol Federasiyaları Assosiasiyası 2018-ci il dünya çempionatının dörd seçmə oyununda cəmi iki xal toplayan yığmanın çıxışından narazı qalıb.

Sonradan mütəxəssisə yeni şərtlərdə çalışmaq təklifi edilib. Qurum A.Xatskeviçin daha aşağı maliyyə şərtləri daxilində postunda qalmasını istəyib. Mütəxəssis isə assosiasiyanın prezidenti Sergey Rumasla görüşü zamanı yeni şərtləri qəbul etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.