DÜNYA
Belarus neft və neft məhsulları üçün ixrac rüsumunu artırır
Minsk, 31 may, AZƏRTAC
Belarus hökuməti iyunun 1-dən Avropa İqtisadi Birliyinin gömrük ərazisindən xaricə çıxarılan neft və neft məhsulları üçün ixrac rüsumunu artırır.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Nazirlər Soveti qərar qəbul edib. Qərara əsasən, xam neftin ixrac rüsumu dərəcəsi 1 ton üçün 66 ABŞ dollarından 80,6 dollaradək artırılacaq. 1 ton təmiz benzinin rüsumu 46,8 dollardan 57,2 dollaradək, əmtəə benzininin rüsumu isə 40,2 dollardan 49,1 dollaradək artırılacaq. Bununla da yüngül, orta distillədə 1 ton üçün rüsum 32,2 ABŞ dolları (əvvəl 26,4) olacaq. Bu cür rüsum dizel yanacağı, benzol, toluol, ksilol, sürtgü və digər yağlar üçün də müəyyən edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]