DÜNYA


Belarus parlamentinə seçilmiş namizədlərin siyahısı dərc edilib

A+ A

Minsk, 12 sentyabr, AZƏRTAC 

Sentyabrın 11-də Belarusda altıncı çağırış Milli Məclisin Nümayəndələr Palatasına deputatlar seçkisi keçirilib.

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) ilkin məlumatlara görə altıncı çağırış yeni parlamentin tərkibinə seçilmiş namizədlərin siyahısını dərc edib. Bu məlumatlar Belarus MSK-nın rəsmi saytında yerləşdirilib.

Belarus MSK-nın sədri Lidiya Yermoşina jurnalistlərə bildirib ki, bu il parlamentə seçilən insanlar öz xarakteri və natiqlik qabiliyyəti ilə fərqlənir. L.Yermoşina deyib: “Şahidi olduğumuz ritorika və gördüyümüz proqramlar nəzərə alınsa, bu kampaniyanı süst kampaniya adlandırmağa adamın dili gəlmir. Kampaniya əsla süst olmadı. Parlamentə seçilən insanlar həm xarakteri, həm də natiqlik qabiliyyəti ilə fərqlənir”.

MSK sədri bildirib ki, kampaniyanın sakit keçməsi seçkilərdə iştirak edənlərin müəyyən insani mədəniyyətindən xəbər verir. Onun fikrincə, bütövlükdə kampaniyanın təşkili və keçirilməsi üçün yaradılmış liberal şərait də seçkilərin gedişinə təsir göstərib: “Əsasən bu səbəbdən seçkilər sakit və münaqişəsiz keçdi. Heç nə qadağan edilmirdi. Belə olanda isə mübahisə, münaqişə və şikayətlər üçün əsas da olmur”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.