DÜNYA


Belarusda 16 kvadratmetrlik evin layihəsi hazırlanıb

Bakı, 16 may, Ramiz Quliyev, AZƏRTAC

Belarus memarları 3 nəfərlik ailə üçün 16 kvadratmetr sahəyə malik evin layihəsini hazırlayıblar.

AZƏRTAC “Novate.ru” saytına istinadla bildirir ki, uzunluğu və eni 4 metr təşkil edən evin tavanı 3,8 metrdir. Burada sakinlər üçün 4 yaruslu yataq otağı da yaradılıb. Bununla belə, əsas yeri qonaq otağı tutur.

Dördyaruslu kiçik evdə mətbəx və hamam üçün də yer tapılıb. Evin isidilməsi üçün kondisioner nəzərdə tutulub.

Memarların fikrincə, 16 kvadratmetrlik evdə 3 nəfərlik ailənin yaşaması üçün lazımi şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.