DÜNYA


Belarusda 400 könüllü əlillərə səsvermədə kömək edəcək

A+ A

Minsk, 6 sentyabr, AZƏRTAC

AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, sentyabrın 6-də Minskdə seçki məntəqələrində əlillərə xidmət edəcək könüllülər üçün təlim keçirilib. Belarus parlamentinə seçkilərdə bu xidmət ilk dəfə təşkil olunub.

Seminarda 400 könüllünü nəzəri və praktiki vərdişlərlə “Belarus Əlillər Cəmiyyəti” İctimai Birliyi Minsk şəhər təşkilatının sədri Lyudmila Kalmikova, əlil arabalarında idman rəqsləri üzrə dünya və Avropa çempionu Anna Qorçakova, “Belarus Korlar Cəmiyyəti” İctimai Birliyinin Minsk şəhər təşkilatının sədri Svetlana Senko tanış edib.

Mütəxəssislər könüllülər üçün “ustad dərsləri” keçib.

Qeyd edək ki, Minskdə 122 min əlil yaşayır.

Nümayəndələr Palatası deputatlarının seçkisində erkən səsvermə sentyabrın 6-dan 10-dək keçirilir. Seçkilər sentyabrın 11-ə təyin edilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.