SİYASƏT


Belarusda MDB-nin 25 illiyinə həsr olunan konfransa hazırlıq görülür

A+ A

Minsk, 31 avqust, AZƏRTAC

Avqustun 31-də Belarus Milli Elmlər Akademiyasında (MEA) “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: nəticələr və perspektivlər” Beynəlxalq elmi-praktik konfransın hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin növbəti iclası olub. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İclasda konfransın təşkilati və maliyyə məsələləri, plenar, bölmə və köməkçi bölmələrin iclaslarının keçirilməsi, forumun nəticələrinin və yekun sənədin qəbulu, eləcə də iştirakçılar üçün mədəni proqramların təşkili məsələləri müzakirə olunub.

Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri Vladimir Qusakov bildirib ki, artıq forumun hazırlanmasına dair bir sıra təşkilati tədbirlər icra edilib.

Konfrans sentyabrın 28-29-da Minskdə, Belarus MEA-nın binasında keçiriləcək. Tədbirdə Birliyin bütün üzv ölkələrini təmsil edən 200-dən çox nümayəndə, o cümlədən dövlət orqanları və Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, MDB orqanları və Birlik ölkələrinin baza təşkilatlarının təmsilçiləri, MDB İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə komissiyasının üzvləri, böyük elm və təhsil müəssisələrinin rəhbərləri, aparıcı alim və mütəxəssislər, habelə mədəniyyət xadimləri iştirak edəcəklər.

Beynəlxalq konfransda Birliyin 25 illiyinin nəticələrini açıqlamaq və gələcəkdə qurumun fəaliyyətinin effektivliyinin artırılması üçün konkret tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Tədbir çərçivəsində 4 bölmə nəzərdə tutulub: “İqtisadi əməkdaşlıq və MDB iştirakçı dövlətlərinin hüquqi bazasının təkmilləşdirilməsi”, “Elm və MDB iştirakçı dövlətlərinin innovasiya əməkdaşlığı”, “MDB iştirakçı dövlətlərinin mədəniyyət, turizm, idman və gənclər siyasəti sahəsində əməkdaşlığı” və “MDB iştirakçı dövlətlərinin təhlükəsizlik, cinayətkarlıq və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı”.

Elmlər akademiyalarının rəhbərləri və aparıcı alimləri qarşılıqlı faydalı əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə edəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.