DÜNYA
Belarusda “ağıllı” şəhər salına bilər
Belarusun rabitə və informayiyalaşma nazirinin birici müavini Dmitri Şedko bunu nazirliyin, “Beltelekom” Respublika Unitar Müəssisəsinin və “Korea Telecom” şirkətinin rəhbərlərinin görüşündə bildirib.
D. Şedko deyib: “Ölkəmizdə müəyyən texnologiyaların tətbiq olunmasına dair təkliflər verilib. Məsələn “ağıllı şəhər” layihəsi Belarus üçün perspektivli və prioritetli istiqamətlərdən biridir. Artıq bəzi ölkələrdə Koreya Respublikasının texnologiyaları üzrə belə şəhərlər tikilir. Koreyada 2000-ci ildə əsası qoyulan Songdo şəhəri belə şəhərin nümunəsidir. Müasir texnologiyalar “ağıllı” şəhər salmağa imkanlar yaradır. Həmin şəhərdə xüsusi qurğular yollarda vəziyyət, avtomobillərin hərəkəti, binaların vəziyyəti, enerjiyə tələbat, su sərfi haqqında məlumatları toplayır və təhlil edir.
Rabitə Nazirliyinin nümayəndəsi qeyd edib ki, iqtisadi hesablamalara görə belə texnologiyaların tətbiqi ehtiyatlardan qənaətlə istifadə etməyə. əhalinin həyatının daha keyfiyyətli, rahat və təhlükəsiz olmasına kömək edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk