DÜNYA


Belarusda aviamodellərdən istifadə qaydaları təsdiq edilib

A+ A

Minsk, 17 avqust, AZƏRTAC

Belarusda aviamodellərdən istifadə qaydaları təsdiq edilib. AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, bu qaydalar Belarus Nazirlər Sovetinin 16 avqust tarixli qərarı ilə qəbul edilib.

Qaydalara əsasən, aşağıdakı hallarda aviamodellərdən istifadə olunması qadağandır: aviamodellərdən istifadə olunması qadağan edilmiş zonalar daxilində; mənafeləri naminə bu cür zonaların müəyyən edildiyi dövlət orqanları və təşkilatları ilə razılaşdırılmadan; Belarus Prezidentinin təhlükəsizlik xidməti tərəfindən müəyyən edilmiş hallarda; yerin (suyun) səthindən 100 metrdən artıq yüksəklikdə; müvafiq qaydada markalama aparılmadan ümumi aviamodelin kütləsi 0,5 kiloqramdan artıq olduqda.

Aviamodelin istifadəçisi aviamodelin istismar qaydalarına riayət etməyə və istehsalçı (aviamodeli hazırlayan) tərəfindən nəzərdə tutulmuş təhlükəsizlik tələblərini yerinə yetirməyə, fiziki və ya hüquqi şəxsin həyatına, sağlamlığına və (və ya) əmlakına ziyan vurulması təhlükəsi yarandıqda bütün mümkün tədbirləri görməyə (o cümlədən aviamodelin istifadəsini dayandırmağa) borcludur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.