DÜNYA
Belarusda parlament seçkilərinin monitorinqi üçün 230-dan çox müşahidəçi akkreditə olunub
Minsk, 5 avqust, AZƏRTAC
Altıncı çağırış Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilərin monitorinqi üçün 230-dan çox xarici müşahidəçi akkreditə olunub. AZƏRTAC xəbər verir ki, bu məlumat Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Son məlumata görə, MDB missiyasından 183, o cümlədən Birliyin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından 8 müşahidəçiyə, Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (ATƏT DTİHB) 51 müşahidəçiyə akkreditasiya verilib. Parlament seçkiləri günü yaxınlaşdıqca müşahidəçilərin sayı artmağa başlayacaq, o cümlədən monitorinqin qısamüddətli iştirakçıları hesabına artacaq.
Nümayəndələr Palatasına seçkilər sentyabrın 11-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]