DÜNYA


Belarusda parlamentin aşağı palatasının yeni tərkibi seçilib

A+ A

Minsk, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Belarusda altıncı çağırış Milli Məclisin Nümayəndələr Palatasına seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, Belarus Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. MSK-nın sədri Lidiya Yermoşina bəyan edib ki, ölkənin bütün seçki dairələrində deputatların seçilməsi baş tutub. Seçkilərdə ciddi pozuntulara dair şikayətlər daxil olmayıb.

MSK-nın rəsmi saytında dərc olunmuş məlumata görə, səsvermədə seçicilərin 74,32 faizi iştirak edib. Ən yüksək seçici fəallığı Mogilyov vilayətində (80,90 faiz), ən aşağı fəallıq isə Minskdə (61,11) qeydə alınıb. Xatırladaq ki, Belarus parlamentinin aşağı palatasındakı 110 yerə 484 namizəd iddia edirdi. Seçkilərdə səsvermə üçün 7 milyon seçici qeydiyyata alınmışdı.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.