DÜNYA


Belarusda pul vahidinin denominasiyası keçirilib

A+ A

Minsk, 1 iyul, AZƏRTAC

Belarusda pul vahidinin rəsmi denominasiyası keçirilib.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarus Prezidentinin 2015-ci il 4 noyabr tarixli “Belarus Respublikasında pul vahidinin rəsmi denominasiyası haqqında” Fərmanına əsasən 2016-cı il iyulun 1-dən Belarusda pul vahidinin rəsmi denominasiyası keçirilir və cari ildə dekabrın 31-dək 2000-ci ilin pul əsginazları 2009-cu ilin əsginazları ilə əvəzlənəcək, 2000-ci ilin 10 min Belarus pul vahidi 2009-cu ilin 1 rubluna bərabər olacaq.

2016-cı il iyulun 1-dən dekabrın 31-dək istehsalçı, satıcı, tədarükçü, icraçı və onların nümayəndələri istehlakçılara təklif edilən mal (iş, xidmət) haqqında məlumatda qiyməti (tarifi) 2000 və 2009-cu ilin pul vahidi ilə göstərməlidirlər. Fərmanın müddəalarına əsasən, Milli Banka 2009-cu ilin pul nişanını tədavülə buraxmaq və 2000-ci ilin pul nişanını tədavüldən çıxarmaq tapşırığı verilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.