DÜNYA


Belaruslu həkimlər ilk dəfə eyni vaxtda ürək və ağciyər köçürüblər

A+ A

Minsk, 15 noyabr, AZƏRTAC

Belaruslu həkimlər ilk dəfə ürək və ağciyərin eyni vaxtda köçürülməsi üzrə əməliyyat aparıblar. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə “Kardiologiya” Respublika Elmi Təcrübə Mərkəzinin direktoru Aleksandr Mroçek noyabrın 15-də jurnalistlərə məlumat verib.

A.Mroçek deyib: “Gənc cərrahlarımızdan ibarət briqada noyabrın 2-də ilk dəfə ürək və ağciyərin eyni vaxtda köçürülməsi üzrə əməliyyat aparıb. Əvvəlcə uzun sürən hazırlıq prosesi olub, ilk növbədə mütəxəssislər hazırlıq keçiblər. Əməliyyatdan 12 gün keçib, xəstənin vəziyyəti tədricən yaxşılaşır”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.