ELM VƏ TƏHSİL
Belarusun Azərbaycandakı səfiri “İlboyu təhsil” proqramı çərçivəsində 145 nömrəli məktəbin müəllimləri və yuxarı sinif şagirdləri qarşısında çıxış edib
Belarusun Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə Belarus diplomatik missiyasının rəhbərini bu tədbirə dəvət etmək təşəbbüsü “İlboyu təhsil” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondu tərəfindən irəli sürülüb.
Səfir Nikolay Patskeviç Belarusun siyasi quruluşu, onun sosial-iqtisadi inkişaf modeli, istehsal kooperasiyası sahəsində uğurlu Belarus-Azərbaycan layihələri, iki ölkə arasında humanitar əlaqələrin inkişafı barədə söhbət açıb. Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi və bu məsələdə azərbaycanlıların rolu mövzusu ayrıca qeyd edilib.
Səfir yuxarı sinif şagirdlərinə Belarusda təhsil sistemi, Belarus ali məktəblərinə daxil olmağın üstünlükləri, bu ölkədə müxtəlif ixtisaslar üzrə keyfiyyətli ali təhsil almaq imkanları barədə şagirdlərə məlumat verib.