DÜNYA


Belarusun paytaxtında Cümə məscidi açılacaq

A+ A

Minsk, 27 mart, AZƏRTAC

Minskdə Cümə məscidinin 2016-cı ilin iyul ayında açılması planlaşdırılır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarusun Müsəlman Dini Birliyinin sədri, müfti Əbu-Bəkir Şabanoviç bu barədə danışarkən deyib: “Məscidin açılış tarixi artıq müəyyən edilib. Məscid 2016-cı ilin iyulunda fəaliyyətə başlayacaq, açılış mərasiminə çoxlu qonaq dəvət olunacaq”.

Həmin vaxtadək isə daxildəki bəzək işləri başa çatdırılacaq, mebel gətiriləcək, muzey, kitabxana, inzibati otaqlar qaydaya salınacaq. İbadət zalında rəssamlar işləyirlər. Tezliklə divarda Müqəddəs Qurandan ayələr əksini tapacaq.

Əbu-Bəkir Şabanoviç bildirib ki, məscidin tavanı xaricdə sifariş edilmiş xüsusi avizələrlə işıqlandırılacaq. Cümə ibadəti zamanı, layihəyə əsasən, zalda 730-dan çox adam, faktiki olaraq isə 1,5 min nəfər yerləşə bilər.

Məsciddə mətbuat konfransları və təhsil proqramları üçün də zal var. Orada mühazirələr oxunacaq, maarifləndirici filmlərə nümayiş olunacaq. Zal 250 nəfərlikdir. Bütün infrastrukturu kürsü mərtəbəsində yerləşdirmək qərara alınıb. Bu, iki sanitar-gigiyenik blok, qadın və kişilərin ibadətdən əvvəl dəstəmaz almaları üçün yer, inzibati kabinetlər, kütləvi kitabxana, görüş və məşğələlər üçün otaqlardır. Digər şəhərlərdən gələn qonaqlar üçün də bir neçə kiçik otaq hazırlanır.

Minskdə Cümə Məscidinin tikintisi on ildən çoxdur davam edir Hazırda maliyyələşdirmə ilə Türkiyə tərəfi məşğul olur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.