DÜNYA


Belçika polisi “Antverpen” vağzalında xüsusi əməliyyata başlayıb

Bakı, 21 iyun, AZƏRTAC

Belçika polisi iyunun 21-də “Antverpen” vağzalında xüsusi əməliyyata başlayıb. Vağzalın üzərində polis helikopteri dövrə vurur, rayonda snayperlər yerləşdirilib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi əməliyyatın səbəbləri açıqlanmır.

Xatırladaq ki, iyunun 20-də yerli vaxtla axşam saat 21:00-da Belçikanın paytaxtının mərkəzi vağzalında kiçik partlayış törədən kişi öldürülüb. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Belçikanın Böhran Mərkəzi insidentlə əlaqədar terror təhlükəsinin səviyyəsini qaldırmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.