SİYASƏT


Belçika portalı azərbaycanlı ekspertin Ermənistan-Azərbaycan münaqişəsinə dair məqaləsini yayıb

A+ A

Brüssel, 8 oktyabr, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqaləsi yayılıb.

Məqalədə münaqişənin tarixinə qısa nəzər salan müəllif bu ilin aprel ayında qoşunların təmas xəttində baş vermiş məlum hadisələrdən bəhs edir.

O, Avropa İttifaqının bu münaqişə ilə bağlı müəyyən dərəcədə neytrallığını saxladığını və təəssüf ki, ATƏT-in Minsk qrupunun bu günədək nəticəsiz qalmış vasitəçilik səylərini dəstəklədiyini diqqətə çatdırır. Müəllif Avropa İttifaqının təhlükəsizlik məsələləri üzrə institutunun aparıcı analitiki Niku Popeskuya istinadən qeyd edir ki, öz neytrallığını saxlamaq cəhdlərində Avropa İttifaqı Dağlıq Qarabağa münasibətdə “‘bitərəf” mövqeyini “şəxsiyyətin ikiləşməsi” mövqeyinə dəyişib. Avropa İttifaqı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü, digər tərəfdən isə bölgənin (Dağlıq Qarabağın) öz müqəddəratını təyinetmə hüququnu tanıyır. Bu isə separatçı hərəkatın əsas prinsipidir. Beynəlxalq qüvvələrin bu cür yanaşması yanlış gözləntilər yaradır və münaqişənin həllində hər hansı irəliləyişin əldə olunmasına maneə törədir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.