Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Belçikada Azərbaycanın biznes imkanları yüksək dəyərləndirilir

Bakı, 27 sentyabr (AZƏRTAC). Brüsseldə “Walloniya-Export İnvestment Agency” (AWEX) şirkətinin ofisində ilk Belçika-Azərbaycan biznes forumu keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London və Parisdə uğurla keçirdiyi biznes forumlar seriyasından sonra cəmiyyətin Belçika nümayəndəliyi tərəfindən Azərbaycanda “Sənaye ili” çərçivəsində təşkil olunan analoji tədbirdə əsas diqqətin qeyri-neft sahəsinə yönəldilməsi təsadüfi deyildi. Belə ki, Azərbaycan öz məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılmasına, iqtisadiyyatını şaxələndirməyə və Dünya Ticarət Təşkilatına üzv olmağa çalışır.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, 200-dən artıq nümayəndənin qatıldığı tədbir Belçika şirkətlərini Azərbaycanın tikinti, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsindəki biznes imkanları ilə tanış etmək məqsədi daşıyırdı. Forumda AWEX-lə bərabər “Flanders İnvestment and Trade” (FİT), “Brussels İnvestment and Export (BİE) şirkətlərinin təmsilçiləri də iştirak edirdilər.

TEAS-ın direktoru Lionel Zetter biznes forumundakı çıxışında Azərbaycanın biznes imkanlarını yüksək dəyərləndirərək deyib: “İqtisadiyyatının inkişafı, Qərb ölkələri ilə bağların artması və stabilliyi baxımından Azərbaycan çiçəklənən ölkədir. Azərbaycanı ziyarət edənlərin hamısı bilməlidir ki, bu ölkədə biznes qurmaq çox asan və azaddır. Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqına ən yaxın ölkələrindən biridir. Bu ölkə gəzmək, yaşamaq və biznes qurmaq üçün çox əlverişlidir”.

Belçika Xarici İşlər Nazirliyinin şöbə müdiri Johan Van Dessel öz çıxışında qeyd edib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Lakin bu münasibətləri daha da yaxşılaşdırmağa ehtiyac var. Avropa İttifaqının bir üzvü kimi Belçika Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıqdan məmnundur. Hazırda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri missiyasını həyata keçirir. Noyabr ayında bu quruma sədrlik Belçikaya keçəcək. “Biz Azərbaycanın uğurlu işini davam etdirməyə ümid bəsləyirik”, - deyə Johan Van Dessel əlavə edib.

Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqında Azərbaycan nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi haqqında məlumat verərək deyib ki, 45 milyard dollar dəyəri olan layihədə iştirak edən səhmdarlardan biri də Belçikanın “Fluxys” şirkətidir. Azərbaycanı daha da inkişaf etdirmək üçün Qərb texnologiyalarına və elmi yanaşmalara ehtiyac duyulur. Məhz buna görə, müvafiq Dövlət Proqramı çərçivəsində hər il yüzlərlə azərbaycanlı gənc dövlət hesabına xaricdə təhsil almağa göndərilir.

Səfir çıxışını biznes nümayəndələrinə bu çağırışla tamamlayıb: “Azərbaycan sizin yolunuzu gözləyir. Mənim ölkəm öz gələcəyinin qurulmasında sizin iştirakınız üçün açıqdır”.

Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf ölkəmizin iqtisadiyyatı barədə danışaraq deyib ki, son beş ildə qeyri-neft sektoru ümumi iqtisadiyyatın katalizatoruna çevrilib və bu sahəni inkişafına dair aydın strategiya mövcuddur. Azərbaycan elm üzərində qurulmuş dövlət yolunu seçib. Burada azad sərmayə şəraiti var və biz 46 qarşılıqlı sərmayə sazişi imzalamışıq. Ümid edirik ki, Brüsseldə keçirilən bu biznes-forum AİŞ və Belçika şirkətlərinin müştərək müəssisələr yaratması ilə nəticələnəcək.

Dünya Bankının Baş infrastruktur müfəttişi Hacı Hüseynov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rəşad Məcidov, “Təmiz Şəhər” ASC-nin Abşeron Göllərinin Bərpası proqramının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr, nəzərdə tutulan işlər, ölkəmizdəki sərmayə mühiti və biznes imkanları bərədə məlumat veriblər. Qeyd olunub ki, hazırda Bakı şəhərinin 2030-ci ilədək inkişaf planı reallaşmaqdadır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində nəqliyyat infrastrukturu yenilənir və təkmilləşdirilir. Hökumət, həmçinin 85 yeni su anbarının yaradılması və istifadə olunmuş çirkab suların təmizlənməsinə dair yeni plan hazırlayıb.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan aqrar sektorda da böyük potensiala malikdir. Burada yetişdirilən bir çox meyvə-tərəvəz məhsulları əsasən Türkiyə, Rusiya və Gürcüstana ixrac olunur. Bu məhsullara Qərbi Avropada da tələbat var. Ölkə əhalisinin 40 faizinin çalışdığı kənd təsərrüfatı karbohidratlardan sonra ikinci ən böyük ixrac sahəsi və qeyri-neft sektorunun lokomotividir. Ötən onillik ərzində bu sahədə hər il 5 faizlik artıma nail olunub. Kənd təsərrüfatı texnikasına, yeni avadanlıq və digər vasitələrə sərmayə cəlb etmək üçün hökumət vergi güzəştləri siyasəti yürüdür. Azərbaycanda Belçika təcrübəsini tətbiq etmək üçün böyük imkanlar var.

Həmçinin məlumat verilib ki, Azərbaycan hökuməti Sovet dövrünün tənzimlənməyən neft hasilatı nəticəsində çirklənmiş doqquz gölün bərpasına 500 milyon avro vəsait ayırmağı planlaşdırır. Bu göllərin təmizlənməsində Belçika şirkətləri də iştirak edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb