DÜNYA


Belçikada “manqal vergisi” yığılır

A+ A

Bakı, 11 iyul, Ramiz Quliyev, AZƏRTAC 

Belçikanın 3,5 milyon sakini olan Valloniya şəhərinin merliyi qlobal istiləşməyə qarşı mübarizə aparmaq məqsədilə bir neçə ildir ki, manqalda hazırlanan yeməklər üçün vergi tətbiq edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, şəhər merliyinin qənaətinə görə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikanın bu regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir.

Valloniya merliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.