DÜNYA


Belçikada ofis işçilərinə ilk dəfə olaraq dərialtı çiplər quraşdırılıb

Bakı, 7 fevral, AZƏRTAC

Belçikanın rəqəmli texnologiyalarla məşğul olan “Newfusion” şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər.

AZƏRTAC “VistaNews” resursuna istinadən xəbər verir ki, çip kiçik ölçüyə malik olsa da, orada işçiyə ofisə daxil olmağa, noutbuk, eləcə də printer və digər ofis əşyalarından istifadə etməyə imkan verən çoxlu məlumat saxlanılır. Elektron açarlar səkkiz əməkdaşın razılığı ilə onların bədəninə yerləşdirilib.

Məlumata görə, çiplər identifikasiya üçün istifadə olunan vəsiqələri əvəz edib. Elektron açarın hər birinin qiyməti 100 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.