SİYASƏT


Belçikanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC 

Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bert Şufs etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədyarov B.Şufsu Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.