İQTİSADİYYAT


Bələdiyyə nümayəndələri vergilərin və ödənişlərin hesablanması ilə bağlı məlumatlandırılıblar

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Tədris Mərkəzində 59 bələdiyyə nümayəndəsinin iştirakı ilə “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin vergi informasiya sistemində iş prosedurları” mövzusunda ikigünlük təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, eləcə də “Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları və digər aktual məsələlərlə bağlı ətraflı məlumat verilib.

Eyni zamanda, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının əməkdaşları bələdiyyə qulluğu, bələdiyyə qulluqçularının etik davranış məsələləri, torpaq qanunvericiliyi, bələdiyyə torpaqlarının idarə edilməsi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, habelə bələdiyyələrdə şəffaflığın artırılması mövzuları üzrə təqdimatlarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.