REGİONLAR
Bələdiyyə seçkilərində 690 nəfər tərtərli gənc ilk dəfə səs verəcəkdir
Tərtər, 19 dekabr, AZƏRTAC
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə iştirak edəcək gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər respublikamızda aparılan quruculuq işlərindən, həyata keçirilən demokratik islahatlardan, dövlətin gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan danışıblar. Bildirilib ki, gənclər bütün sahələrdə olduğu kimi, ölkəmizdə keçirilən seçkilərdə daim fəal iştirak edir. Rayon gənclərinin 690 nəfəri qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə iştirak edəcəkdir.
Görüşdə bələdiyyə seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat işlərindən, seçkilərdə gənclərin fəallığının təmin olunmasından söhbət açılıb.
Tədbirdə çıxış edən gənclər seçkilərdə fəallıq göstərərək layiq olan namizədlərə səs verəcəklərini bildiriblər.