REGİONLAR


Bələdiyyə sədrləri, üzvləri və qulluqçuları hüquqi maarifləndirmə təlimlərinə cəlb olunub

A+ A

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Şimal bölgəsində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları hüquqi maarifləndirmə təlimlərinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Xaçmaz regional ədliyyə şöbəsi ilə birgə tədris kursu təşkil edilib.

Yetmiş nəfərə yaxın bələdiyyə sədri, üzvü və qulluqçularının iştirak etdiyi tədris kursunda Akademiyanın məsul əməkdaşları Qalib Məmmədov, Mətanət Əsgərova, Samir Nuriyev məruzə ilə çıxış ediblər. “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Azərbaycan Respublikasının Torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” mövzularında səsləndirilən məruzələr təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təlimin gedişində ekspertlər iştirakçıların suallarını cavablandırıb, onlara müvafiq təlimatlar veriblər.

Hüquqi maarifləndirmə məqsədilə keçirilən 11-ci tədris kursu həm də layihə çərçivəsində cari ilin yekun seminarı olub. Bundan əvvəl eyni mövzuda təlimlər respublikanın digər 10 bölgəsində təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.