REGİONLAR
Bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsinə xidmət edən seminar
Ədliyyə Nazirliyinin İmişli regional şöbəsinin təşkilatçılığı ilə İmişli şəhərində bələdiyyə nümayəndələri üçün növbəti seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi, eləcə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun möhkəmləndirilməsindən, bələdiyyələrin fəaliyyətində demokratik idarəçilik metodlarının təmin edilməsindən və insan hüquqlarının qorunmasında bələdiyyələrin rolundan bəhs ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.