REGİONLAR


Bələdiyyələr avtomatlaşdırılmış məlumat sisteminə keçirilir

A+ A

Şəmkir, 28 oktyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkirdə bələdiyyələrdə vergiödəyicilərinin avtomatlaşdırılmış məlumat sisteminin sürətləndirilməsi ilə bağlı seminar-müşavirə təşkil olunub.

Seminar-müşavirədə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, aparatın məsul işçiləri, Ədliyyə Nazirliyinin Şəmkir regional ədliyyə şöbəsinin əməkdaşları, bələdiyyə sədrləri və bələdiyyə üzvləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir avtomatlaşdırılmış məlumat sistemi ilə bağlı bələdiyyə sədrləri və üzvlərinin maarifləndirilməsi və məlumatlandırılması xarakteri daşıyıb.

Seminar-müşavirə iştirakçılarına avtomatlaşdırılmış məlumat sisteminin proseslərin intensivliyinin və effektivliyinin artırılması baxımından əhəmiyyəti barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.