REGİONLAR


Bələdiyyələrdə gender bərabərliyi ilə bağlı müzakirələr aparılıb

A+ A

Masallı, 1 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərində Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin təşkilatçılığı və Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Bələdiyyələrdə gender bərabərliyinin monitorinqi və ictimai vəkillik" layihəsi çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi bələdiyyələrdə qadınların rəhbər vəzifələrdə sayının az olması səbəbini öyrənmək və gender bərabərliyinin təhlilinə imkan verən monitorinq aparmaq, qərar qəbuletmədə onların hüquq və rollarının artırılmasına yardım etməkdir.

Tədbirdə Masallı rayonunun Qodman, Səmidxan, Banbaşı, Təklə, Qızılağac, Lürən bələdiyyələrinin sədrləri və başqaları çıxış edərək, mövzu ilə bağlı təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.