Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda konfrans

Bakı, 18 dekabr, AZƏRTAC 

Dekabrın 18-də Bakıda “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə ölkəmizdə bələdiyyələrlə işin təşkili sahəsində görülən tədbirlər barədə məlumat verib.

Zahir Əlizadə bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul olunan Konstitusiyamızda yerli özünüidarəetmə orqanlarının statusunun əsaslarının təsbit olunması ölkəmizdə bələdiyyələrin təşəkkül tapmasına gətirib çıxarıb. Prezident İlham Əliyev cəmiyyətin səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolunu yüksək qiymətləndirir, onların fəaliyyətində qanunçuluğun təmin olunmasının zəruriliyini önə çəkir, vaxtaşırı olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini söyləyir. Ölkəmizin sosial-iqtisadi inkişafı məsələləri ilə bağlı Prezidentin imzaladığı sənədlərdə dövlət orqanları ilə yanaşı, bələdiyyələrin də iştirakı nəzərdə tutulur, onlara müvafiq tövsiyələr verilir.

Qeyd olunmalıdır ki, Konstitusiyanın qəbulundan ötən dövr ərzində bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi və getdikcə təkmilləşdirilməsi məqsədilə Milli Məclis tərəfindən 119 sənəd qəbul olunub.

Bələdiyyələrin işinin təşkilinə kömək və onlara metodoloji yardımın göstərilməsinin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin dövlətimizin başçısının müvafiq fərmanları ilə Ədliyyə Nazirliyinə həvalə olunduğunu xatırladan Zahir Əlizadə deyib ki, nazirliyin üzərinə qoyulan bu vəzifələrin icrası onun Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən həyata keçirilir. Həmçinin bu ilin əvvəlindən bələdiyyələrlə iş sahəsində regional ədliyyə idarələrinin səlahiyyətləri genişləndirilib.

“Konfransın mövzusundan da göründüyü kimi, məqsəd bələdiyyələrin inkişafında, cəmiyyətdəki yerinin və nüfuzunun möhkəmləndirilməsində başlıca vasitə olan qanunçuluğun təmin edilməsinin vacibliyinə diqqətin yönəldilməsidir, - deyən Z.Əlizadə bildirib ki, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi, onların maarifləndirilməsi məqsədilə il ərzində çoxlu sayda seminarlar keçirilib, bu tədbirlərdə xeyli bələdiyyə üzvü və qulluqçusu iştirak edib.

“Bununla belə, sirr deyil ki, bələdiyyələrin fəaliyyətində haqlı şikayətlərə şərait yaradan nöqsanlara, bir sıra hallarda kobud qanun pozuntularına, o cümlədən korrupsiya hallarına da yol verilir. Prezident İlham Əliyevin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin artırılması, onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı cinayət əlaməti olan korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar edildikdə müvafiq sənədlərin dərhal Baş Prokurorluğa göndərilməsi barədə Ədliyyə Nazirliyinə tapşırıq verilib.

Sonra konfransda Bələdiyyələrlə İş Mərkəzinin inzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlının “İnzibati nəzarət icraatı zamanı aşkar olunan nöqsanlar və onların səbəbləri” mövzusunda məruzəsi dinlənildi.

Məruzədə bildirilib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından keçən 17 il ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları xeyli təkmilləşdirilib, çoxsaylı maarifləndirmə işləri aparılıb. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər üzrə araşdırma zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3000-ə yaxın tövsiyə göndərilib. Onlar yerli büdcənin müzakirəsi, aktların inzibati nəzarət orqanına vaxtında təqdim edilməsi, protokolların düzgün tərtibi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, yerli vergilərin yığılması və digər məsələlərlə bağlı olub. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilib, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilib.

Bununla belə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət işinin təhlili göstərir ki, bələdiyyələr tərəfindən ciddi pozuntulara hələ də yol verilir. Bu qüsurların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması, maliyyə vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin işinin düzgün təşkil olunmaması və sair ilə bağlıdır.

Qeyd edilib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun tələblərinə uyğun olaraq 2017-ci ilin 9 ayı ərzində inzibati nəzarət qaydasında baxılması üçün inzibati nəzarəti həyata keçirilən ədliyyə orqanlarına icraatına 44 mindən çox bələdiyyə aktı daxil olub. Bu aktların hər birinin hüquqi ekspertizası aparılıb və nəticədə aktların 95 faizdən çoxu qanunvericiliyə uyğun hesab edilib, 3.9 faiz aktın dəyişdirilməsi və ya ləğv edilməsi məqsədi ilə təkliflər verilib. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən qəbul edilən aktların 564-ü dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılıb, digər aktlar isə ləğv edilib. Bununla da 2 min hektardan çox torpaq sahəsi ilə bağlı verilmiş qərarlar ləğv olunub, qanunsuz xərclənmiş pul vəsaitlərinin bələdiyyə büdcəsinə qaytarılması təmin etdirilib.

Diqqətə çatdırılıb ki, bir sıra bələdiyyələr tərəfindən aktlar inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına vaxtında təqdim edilmir və yaxud qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunur. Bu isə özlüyündə inzibati məsuliyyət yaradır. Cari ilin ötən dövrü ərzində belə pozuntuya yol vermiş 70-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq məhkəmələrə göndərilib.

Bələdiyyənin gəlir və xərclərinin tənzimlənməsi, yerli büdcə kəsirinin örtülməsi məqsədilə hər il dövlət büdcəsindən bələdiyyələrə maliyyə vəsaiti (dotasiya) ayrılır. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tələbinə əsasən mütləq təqdim olunan bələdiyyə aktları sırasına aiddir, lakin sonuncu aparılmış təhlillər zamanı məlum olub ki, bəzi hallarda dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə bələdiyyələr tərəfindən qərarlar qəbul olunmayıb.

Qanunvericiliyə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Lakin bəzi bələdiyyələr tərəfindən pul vəsaitləri xərcləndikdən sonra yerli büdcədən silinməsi barədə qərarlar qəbul edilir, ayrılmış maliyyə vəsaitlərinin məbləği qərarda göstərilmir.

Cari ilin ötən dövrü ərzində inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar nəticəsində 24 bələdiyyənin fəaliyyətində daha ciddi hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bir daha diqqətə çatdırılıb ki, bələdiyyələrdə qanun pozuntularının qarşısının alınması, qanunçuluğun gücləndirilməsi məqsədilə tədbirlər ardıcıl surətdə davam etdirilir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri üzrə şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində atılan addımlar dövlətimizin başçısı İlham Əliyevin demokratik təsisatların genişləndirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsidir.

Sektor müdiri qeyd edib ki, bugünkü tədbir bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətlidir. O deyib: “Hesab edirik ki, bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və onların icrası prosesində mövcud vəziyyətin belə bir geniş tərkibdə müzakirəsinə və perspektivlərin müəyyənləşdirilməsinə zərurət vardır.

Azərbaycanda bələdiyyələrin fəaliyyəti zamanı yaranan problemlərin həlli və gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi aidiyyəti dövlət orqanlarının daim diqqət mərkəzindədir. Bu konfransda da bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tətbiqi zamanı aşkarlanan nöqsanların, onların aradan qaldırılması yollarının və digər həlli vacib məsələlərin müzakirəsi nəzərdə tutulub”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn bir sıra məsələlərin həllində bələdiyyələrə də bəzi vəzifələr tövsiyə edilib. Bunlar yerli vergilərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi, bələdiyyə qulluğuna qəbul qaydalarının təkmilləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması, hüquqi maarifləndirmənin aparılması və bu barədə ictimaiyyətin məlumatlandırılması və digər məsələlərdir.

Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin tam həllinə nail olunması, vətəndaşların sosial sifarişlərinin yerinə yetirilməsi, sosialyönümlü iri layihələrin həyata keçirilməsi üçün onlar zəruri maliyyə resurslarına malik olmalıdırlar. Reallıqda isə əksər bələdiyyələrin mövcud büdcələri nəinki layihələrin həyata keçirilməsinə, hətta cari fəaliyyətinin təşkilinə belə çatmır. Bunun əsas səbəbi isə bələdiyyələrin əsas gəlir mənbəyi olan yerli vergi və ödənişlərin yığılması səviyyəsinin aşağı olmasıdır.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından respublikanın bütün bələdiyyələrində uğurla tətbiq edilməyə başlanılıb. Bununla bağlı Milli Assosiasiyaların əməkdaşları regional zona seminarları keçirib və həmin tədbirlər mütəmadi olaraq davam etdirilir.

Prezident Administrasiyasının rəsmisinin dediyinə görə, “BAMS vasitəsilə aparılan 9 ayın təhlilləri göstərir ki, bəzi bələdiyyələr ötən illərdə olduğu kimi vergi və ödənişlərin yığılması işini nəinki təkmilləşdirə bilmir, əksinə əvvəlki illərdə olan sistemsizliyi və bir çox hallarda qanuna zidd olaraq bilərəkdən vergi obyektlərinin uçotdan yayındırma hallarını davam etdirir. İstər statistik, istərsə də Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemindəki məlumatlardan aydın olur ki, vergilərin hesablanmasında yeni qanunvericiliyin tətbiqindən sonra bir çox bələdiyyələrin yerli büdcəsində əsaslı artım baş verib. Əldə olunan artım yeni qaydaların tətbiqi ilə yanaşı, həmçinin vergi və ödəniş obyektlərinin qeydə alınması və yığım prosesinin düzgün təşkili sahəsində mümkün olub.

Bildirilib ki, bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işi aparmalı, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin həmin vergiləri ödəyən şəxsləri narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidirlər. Bir sözlə, sakinlər ilə təmas qurmadan, onlara vergi ödəmək mədəniyyəti aşılamadan, bələdiyyənin fəaliyyətini təbliğ etmədən vergiləri tam həcmdə yığmaq mümkün olmayacaq.

Bələdiyyə büdcələrinə yerli vergi və ödənişlərdən daxil olmuş vəsaitlər barədə müqayisəli məlumatları diqqətə çatdıran E.Eyvazov bildirib ki, vergi və ödənişlər üzrə gəlirlər 2016-cı ilin doqquz ayında 9.659.300 manat idisə, 2017-ci ilin eyni dövründə bu rəqəm 11.168.000 manat olub.

Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təhmiraz Tağıyev, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov, Rəsulzadə bələdiyyəsinin sədri Hümmət Hüseynov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov çıxış edərək rəhbərlik etdikləri yerli özünüidarəetmə orqanlarında görülən işlər və mövcud problemlər barədə məlumat veriblər.

Konfransda çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəlilov ölkəmizdə bələdiyyələrin inkişafı üçün bütün lazımi imkanların yaradıldığını deyib. “Bu inkişaf üçün lazım olan ən başlıca məsələ maliyyə vəsaitidir. Hər il dövlətimiz tərəfindən bununla bağlı 5 milyon manat vəsait ayrılır. Bu gün ölkəmizdə kifayət qədər bələdiyyələr var ki, bu vəsaitdən çox səmərəli istifadə edirlər, müxtəlif müəssisələr yaradırlar. Ancaq bəzi bələdiyyələr ciddi qanun pozuntularına və nöqsanlara yol verirlər. Ümid edirəm ki, gələcəkdə bu cür qanun pozuntularının qarşısı alınacaq və belə hallara bir daha rast gəlinməyəcək”, - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Kamran Bayramov da çıxışında bu cür tədbirlərin qarşıda duran vəzifələrin, nöqsanların aradan qaldırılması yollarının müzakirəsi baxımından vacibliyini diqqətə çatdırıb. Azərbaycanda həm dövlət, həm də Milli Məclis tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vacib addımların atıldığını qeyd edən K.Bayramov bildirib ki, artıq bu sahədə bəzi nailiyyətlər də var. Ancaq nəticələr daha da yaxşı olmalıdır. Ən başlıca məsələlərdən biri də bələdiyyələrin qanuni fəaliyyətlərinin təmin olunmasıdır. Bütün bələdiyyələrin fəaliyyətlərinin qanuni təşkili üçün maarifləndirmə tədbirlərinin önəmini qeyd edən deputat bildirib ki, onlara bu sahədə qəbul olunan sərəncamların, fərmanların, qanunların mahiyyəti ilə bağlı məlumatlar verilməlidir. O, həmçinin bildirib ki, bələdiyyələr mütəmadi qaydada fəaliyyətləri ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdırlar.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında qeyd edib ki, yerli özünüidarəetmə Azərbaycanda dövlət idarəetmə sisteminin çox vacib və mühüm bir sahəsini əhatə edir. Yerli özünüidarəetmə sisteminin daha da inkişafı üçün ciddi addımlar atılıb və bəzi nəticələr də var. Bələdiyyələrdə Avtomatlaşdırılmış Məlumat Sisteminin yaradılması çox vacib məsələdir. Bu sistemdən istifadə ölkə ərazisindəki bütün bələdiyyələr üçün çox vacibdir.

Tədbirin əhəmiyyətinə toxunan komitə sədri qeyd edib ki, bu cür konfranslar bələdiyyələri narahat edən məsələlərin müzakirəsi üçün əlverişli imkandır. Yaxşı olardı ki, bələdiyyələr bu imkandan səmərəli istifadə edib, daha çox onları narahat edən problemləri səsləndirərdilər.

Bələdiyyələrin fəaliyyətindəki bir sıra çətinliklərdən danışan A.Rəhimzadə bildirib ki, ən ciddi problemlərdən biri də vəsaitin yığılması və büdcənin formalaşması ilə bağlıdır. Burada yaranan çətinlik qanunvericiliklə bağlı deyil. Sadəcə əsas səbəb bəzi bələdiyyələrin bu məsələyə soyuq münasibətilə bağlıdır. Ona görə də bələdiyyə sədrləri öz vəzifələrinin icrasına ciddi əməl etməli, bələdiyyənin inkişafına çalışmalıdırlar.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, bəzi təkliflər səsləndirilib.

Qeyd edək ki, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bir sıra metodiki kitablar hazırlanıb və bələdiyyələrin istifadəsinə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: 1918-ci ildə Mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir

Həsən Həsənli: Müasir tədris mühitinin formalaşdırılması istiqamətində işlər davam etdirilir

Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 88 faizdən çox artıb

Şamaxıda Bilik Günü qeyd olunub

Səadət Təhmirazqızı: Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir

İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb

Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci – Şükürbəylidə Bilik Günü sevinci

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

ICESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Nazir Emin Əmrullayev Bilik Gününü Bakıdakı 21 nömrəli məktəbdə qeyd edib VİDEO

Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib

Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

Şəmkirdə Bilik Günü: Əhməd Cavad adına məktəbin yeni korpusu istifadəyə verilib

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir VİDEO

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Ökü kurqanlarında maraqlı arxeoloji tapıntılar üzə çıxarılıb

Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR VİDEO

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksəkixtisaslı kadrlara böyük ehtiyac var

Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

BMT eksperti: Zəhərli kimyəvi maddələr “bir çox, hətta bütün insan hüquqları” üçün təhlükə yaradır