CƏMİYYƏT


Belqorodda Azərbaycanda multikulturalizmə həsr olunmuş tədbir keçirilib

Moskva, 19 may, AZƏRTAC

Belqorod Dövlət Milli Tədqiqat Universitetində Azərbaycanda multikulturalizmə həsr olunmuş tədbir keçirilib. Tədbirdə alimlər, Belqorod vilayətində Azərbaycan diasporunun nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycan diasporunun nümayəndəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Belqorod vilayəti bölməsinin sədri İlkin Orucov çıxışında bildirib ki, bu tədbir Respublika Gününə həsr edilib. O, Azərbaycan xalqının multikultural ənənələrindən, ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafına töhfəsindən danışaq bildirib ki, yeni mərhələdə Azərbaycan xalqının multikultural ənənələri ölkənin indiki Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Azərbaycan xalqının Ulu Öndərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Belqorod Dövlət Universitetinin beynəlxalq fəaliyyət üzrə prorektoru Vladislav Kuçmistıy müasir dünyada multikulturalizmin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, dünyanın ən tolerant ölkələrindən biri olan Azərbaycan etnik və dini dözümlülük örnəyi sayılır.

Belqorod Universitetinin mədəniyyətlərarası mərkəzinin direktoru Yelena Nazarenko deyib ki, Azərbaycan milli azlıqların əsrlər boyu tolerantlıq mühitində yaşadığı bir ölkədir. Azərbaycanda başqa konfessiyaların və millətlərin nümayəndələrinin rahat və firavan yaşayışı təmin edilib.

Sonra iştirakçılar Beynəlxalq Rəssamlıq Fondunun Moskva Rəssamlar Birliyinin üzvü İntiqam Əkbərovun, RAGB-ın Belqorod vilayəti bölməsi sədrinin müavini Zaur Qədirovun Azərbaycanda multikulturalizm mövzusunda maraqlı söhbətlərini dinləyiblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.