DÜNYA


Ben Ladenin öldürülməsi barədə kitab yazan müəllif hökumətə 6,6 milyon dollar ödəyəcək

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Pakistanda “Əl-Qaidə” qruplaşmasının başçısı Üsamə ben Ladenin öldürülməsi əməliyyatında iştirak edən və bu barədə kitab yazan ABŞ xüsusi təyinatlı dəstəsinin istefada olan döyüşçüsü məxfi informasiyanı yaymamaq barədə imzaladığı razılaşmanı pozduğuna görə ABŞ hökumətinə 6,6 milyon dollar ödəməli olacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2012-ci ildə “Əl-Qaidə” liderinin öldürülməsi üzrə əməliyyatı təfərrüatı ilə qələmə aldığı “Çətin gün” (No Easy Day) adlı kitabına görə məhkəməyə cəlb edilən ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin keçmiş döyüşçüsü Mett Bissonett hökumətlə saziş bağlayıb.

Hökumət onun Mark Ouen təxəllüsü ilə hazırladığı kitabı çap etmədən əvvəl ABŞ Müdafiə Nazirliyi və digər qurumlara məxfi məlumatların mövcudluğuna dair yoxlamalara imkan verməməkdə ittiham edir. Hökumətlə bağladığı sazişə əsasən Bissonett yaxın 4 il ərzində kitabın satışından əldə etdiyi gəlir həcmində – 6,6 milyon dollar ödəməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.