SİYASƏT
Benilüks Azәrbaycanlıları Konqresi Fransada baş verən terror aktlarını qətiyyәtlə pislәyir
Paris, 10 yanvar, AzәrTAc
Benilüks Azәrbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkәlәrindәki diplomatik korpuslarının başçılarına Parisdə baş verәn terror aktlarını pislәyәn mәktub göndәrib.
Mәktubda deyilir ki, "Charlie Hebdo" jurnalının redaksiyasına hücum zamanı 12 jurnalistin hәlak olması vә 30 nәfәrin yaralanması, Vәnsәn darvazasında terror aktında isə 5 sakinin dünyasını dәyişmәsi Benilüks Azәrbaycanlıları Konqresi üzvlәrinin hәdsiz narahatlığına sәbәb olub. Bu terror aktları təkcə fransız xalqına deyil, bütövlükdә insanlığa qarşı hәyata keçirilәn vandalizm aktlarıdır.
Mәktubda qeyd olunur ki, Azәrbaycan xalqı da ermәnilәr tәrәfindәn dәfәlәrlә terror aktlarına mәruz qalıb, yüzlәrlә günahsız azәrbaycanlı hәyatını itirib. Ölkәmiz də belə anlar yaşayıb. Mәhz bu sәbәbdәn BAK-ın üzvlәri bu ağır günlәrdә fransız xalqı ilә birlikdә eyni hisslәri keçirir, kәdәrli anları birgә yaşayır.
BAK terror aktları zamanı hәlak olanların ailәlәrinә dәrin hüznlә başsağlığı verir, fransız xalqının dәrdinә şәrik olduğunu bildirir.
Әsgәr Әliyev
AzәrTAc-ın xüsusi müxbiri
Paris