CƏMİYYƏT


Bənövşəyi düyü xərçəng, diabet və ürək xəstəlikləri əleyhinə yeni vasitədir

Bakı, 29 iyun, AZƏRTAC

Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin əməkdaşları xərçəng, ürək-damar xəstəlikləri və diabet riskini azaldan bənövşəyi düyü yaradıblar. AZƏRTAC “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, düyünü bənövşəyi rəngə antosianlar boyayır. Həmin bitki piqmentləri qaragilənin və qırmızı kələmin tərkibində də var.

Antosianlar hüceyrəni zədələyən oksidləşməyə müqavimət göstərir. Alimlər antosianların əmələ gəlməsi üçün zəruri olan 8 geni düyünün endospermində (ehtiyat toplayan toxuma) yerləşdirməyin və onları fəallaşdırmağın yolunu tapıblar. İndiyədək bu işin öhdəsindən heç kəs gələ bilməyib. Çin mütəxəssislərinin uğurunun sirri yeni “ TransGene Stacking II” texnologiyasındadır.

Daha əvvəl alimlər düyünün kaloriliyini azaltmağın üsulunu tapıblar. Bunun üçün düyünü kokos yağı ilə bişirib, 12 saat ərzində soyuducuda saxlamaq lazımdır. Bunun nəticəsində onun kaloriliyi 60 faizə qədər azalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.