DÜNYA
Benyamin Netanyahu: Qüdsdə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var
Bakı, 8 yanvar, AZƏRTAC
Yük maşını ilə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var.
AZƏRTAC xəbər verir ki, bunu hadisə yerinə gələn İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında deyib. Bu barədə Haaretz portalı məlumat verib.
“Biz hücum edən şəxsin kim olduğunu bilirik və bütün əlamətlər onun İŞİD-lə əlaqəsi olduğunu göstərir”. Baş nazir həmçinin Nitsa, Berlin və Qüdsdə yük maşınının iştirakı ilə törədilən terror aktları arasında əlaqənin olduğunu deyib. O bu cür hadisənin təkrarlanmaması üçün bir sıra addımlar atılacağını bildirib.
Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını avtobusdan düşən bir qrup əsgərin üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sürücü əsgərlər tərəfindən güllələnib. Yerli polis hadisənin terror aktı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]